Ağdamdakı atışma ilə bağlı saxlanılan var


Digərləri 06 Dek 2019 12:30:00 116 0

Ağdamdakı atışma ilə bağlı saxlanılan var

DİN Ağdamdakı atışma ilə bağlı rəsmi məlumat yayıb

Bakı. Samir Əli - Dekabrın 5-də Ağdam rayonunun Yüzbaşılı kəndində yaşayan, əvvəllər məhkum olunmuş C.İsmayılovun həyətinə gəlmiş şəhər sakini O.Məmmədovla aralarında baş vermiş münqişə zamanı C.İsmayılovun tüfəngdən açdığı atəşlə O.Məmmədova xəsarət yetirməsi barədə DİN-in “102” Zəng Mərkəzinə məlumat daxil olub. Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, xəsarət almış O.Məmmədov xəstəxanaya yerləşdirilib. Ağdam RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində C.İsmayılov saxlanılıb. Ondan cinayəti törədərkən istifadə etdiyi lüləsi və qundağı kəsilmiş “İJ-16” markalı tüfəng götürülüb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 29,120-ci (adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.