650 min ağacın əkilməsi İmadəddin Nəsiminin doğulduğu Şamaxıdan başlanıb


Digərləri 06 Dek 2019 12:30:00 127 0

650 min ağacın əkilməsi İmadəddin Nəsiminin doğulduğu Şamaxıdan başlanıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 6 dekabr 2019-cu il tarixində ölkə üzrə bir gündə 650 min ağacın əkilməsinə start verilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Son.az-a verilən məlumata görə, respublikanın bütün regionlarını əhatə edən bu nəcib təşəbbüsə şairin doğulduğu Şamaxı şəhərindən başlanılıb.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri iştirak edir.