Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir?


Digərləri 06 Dek 2019 10:04:00 160 0

Radarlar avtomobilinizin sürətini neçə metrdən ölçə bilir?

Yol polisi əməkdaşları daha əlində radarla gəzmir. Bu sahədə yeniliklər avtomobillərin sürət həddini aşması haqda tez və operativ məlumat almağa hesablanıb.

Son.az bizimyol.info-ya istinadən radarlarla bağlı sizə bəzi məlumatları təqdim edir.

Sürücülər, adətən, radar görən kimi tez əyləcə basırlar. Halbuki buna ehtiyac yoxdur. Həm özünüzə, həm də başqalarına təhlükə yaradırsız. Onsuz da radarların böyük imkanları var. Amma həm də müəyyən məsafələrdə radarlar acizdir. Yaxındasınızsa, əyləc köməyə gəlməyəcək, uzaqdasınızsa, radar sizi tuta bilməyəcək. Tələsmədən sürəti azalda bilərsiniz.

Keçmiş sovet respublikalarının ərazilərində, adətən, radiolokasiya tipli radarlardan istifadə olunur. Avtomobilə impuls ötürülür, əks olunan siqnal əsasında sürəti müəyyənləşdirirlər.

Yollarda daha çox "Kris" və "Arena" cihazlarından istifadə olunur. Yəni 100 metrə qədər məsafədə radar sürəti müəyyənləşdirə bilir. Məsələn, siz maşını saatda 90 km ilə sürürsünüzsə, radarın yanından ötməyinizə 3-4 saniyə qalmış sürət qeydiyyatı başlayır. Radardan məsafəniz 100 metrdən çoxdursa, avtomobilinizin sürətini dəqiq ölçə bilməyəcək.

"Kordon" və "Kreçet" cihazları çox populyar deyil. Amma bu radarlar 150 metrə qədər dəqiq sürət söyləyə bilir. Əksər hallarda radar avtomobili yaxına buraxmağa çalışır.

Əlbəttə, sürücülər də "ilişməməyə" çalışır. İndi maşınlarda radar-dedektorlar olur ki, 500 metrdən radiolokasiya cihazından xəbər tutur. Amma bəzən radarı elə yerə qoyarlar ki, dedektor aciz qalar.