Trampdan çağırış: BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirləri...


Dünya 06 Dek 2019 09:14:00 135 0

Trampdan çağırış: BMT Təhlükəsizlik Şurası ölkələrinin səfirləri...

ABŞ prezidenti Donald Tramp BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv ölkələrinin daimi nümayəndələri ilə görüşdə Koreya yarımadasının nüvəsizləşdirilməsi və Əfqanıstan üzrə birgə işləməyə çağırıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ağ Evin mətbuat xidmətinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "Prezident Tramp BMT Təhlükəsizlik Şurasının daimi nümayəndələrini qlobal çağırışlar üzrə - Koreya yarımadasının nüvəsizləşdirilməsindən Əfqanıstandakı sülh danışıqlarına qədər birlikdə işləməyə çağırıb. Prezident, eyni zamanda, qlobal təhlükəsizlik və rifah üçün təhlükə yaradan oyunçulara qarşı tədbirlər görməyə çağırıb".