Fransanın paytaxt regionunda 550 kilometr uzunluğunda tıxac yaranıb VİDEO


Digərləri 06 Dek 2019 03:30:00 132 0

Fransanın paytaxt regionunda 550 kilometr uzunluğunda tıxac yaranıb  VİDEO

Fransanın İl-de-Frans paytaxt regionunda ümummilli tətillər ərəfəsində tıxacların uzunluğu 550 kilometri ötüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə regionunun yol hərəkəti idarəsi məlumat yayıb.

Dekabrın 5-nə planlaşdırılan pensiya islahatlarına qarşı miqyaslı ümummilli tətil ictimai nəqliyyatın işində ciddi problemlər yaradıb. Tətillər səbəbindən artıq Paris metrosunun 11 xəttində qatarlar işləmir, üç xətdə isə hərəkət məhdudlaşdırılıb.

Şəhərkənarı elektrik qatarlarının fəaliyyətində də problemlər gözlənilir. Həmçinin Fransa paytaxtında avtobus və tramvayların yalnız 30 faizi marşruta çıxacaq. Air France aviakompaniyasının ölkədaxili uçuşlarının isə 30 faizi ləğv olunub.