Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar (FOTO)


Digərləri 06 Dek 2019 02:10:11 168 0

Yeniyetmə gimnastlarımız Batut Gimnastikası üzrə Dünya Yaş Qrupu yarışlarında II yeri tutublar (FOTO)

Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar

Bakı. Yeniyetmə idmançılarımız Maqsud Maqsudov və Hüseyn Abbasov Tokioda keçirilən Batut Gimnastikası üzrə 27-ci Dünya Yaş Qrupu Yarışlarında sinxron proqramda Azərbaycanın gimnastika tarixində ilk dəfə olaraq II yeri tutublar. Trend-in məlumatına görə, yarışın ilk günündə batut üzərinə çıxan idmançılarımız əvvəlcə təsnifat mərhələsində öz rəqiblərini üstələyərək ikinci nəticə göstəriblər. Bu nəticə ilə finala vəsiqə qazanan gimnastlarımız həmin mərhələdə də yüksək nəticə əldə ediblər. Yalnız Rusiya komandasından cüzi xal fərqi ilə geri qalan idmançılarımız finalda da ikinci nəticə göstəriblər. Sonra mükafatların təqdim edilməsi mərasimi keçirilib.