Çində DeepFake videolarına qadağa gəldi: Saxta xəbərlərin qarşısı alına bilmir VİDEO


Digərləri 05 Dek 2019 22:15:00 143 0

Çində DeepFake videolarına qadağa gəldi: Saxta xəbərlərin qarşısı alına bilmir  VİDEO

DeepFake texnologiyası bir müddət əvvəl ortaya çıxan və videolar üzərində dəyişikliklər etməyə yardım edən bir texnologiya idi. Əsasında videolardakı insan üzlərini ustalıqla bir başqasının üzü ilə dəyişərək originala yaxın dərəcədə yaxşı nəticələr əldə etmək olurdu. Lakin bu texnologiyanın yayılması saxta xəbərlərin yaranmasına səbəb oldu. Çin isə bu saxta xəbərlərdən əziyyət çəkən ölkələr sırasındadı.

Çin höküməti dəyişdirilmiş video görüntüləri, bu videoları yayımlayan servis və kanalları, saytları ölkədə qadağan edəcək.

Son.az technote.az-a istinadən bildirir ki, DeepFake texnologiyası xüsusi alqoritmlər istifadə edərək insanların üzlərinin müxtəlif videolara əlavə edilməsini mümkün edir. Artıq bir çox ölkədə qadağan edilən texnologiya Çində də qadağan edildi. Həmçinin bir çox məhşurların üzlərinin də Porno videolara əlavə edilməsi qlobalda çox diqqət çəkmişdi. Çinin qəbul etdiyi qərar 1 Yanvar 2020-dən etibarən qüvvəyə minəcək və heç bir platformanın bu tip videolar yayınlamasına icazə verilməyəcək.