Azərbaycanla Finlandiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)


Digərləri 05 Dek 2019 18:42:05 119 0

Azərbaycanla Finlandiya arasında bir sıra sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub (FOTO)

Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiya Respublikasının Xarici İşlər nazirinin müavini ilə görüşüb.

Bakı. Slovakiyanın Bratislava şəhərində keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı görüşü çərçivəsində Xarici İşlər naziri Elmar Məmmədyarov Finlandiyanın Xarici İşlər nazirinin müavini Matti Anttonen ilə görüşüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə tərəflər iki ölkə arasında mövcud olan ikitərəfli münasibətlərin hazırkı durumu haqqında fikir mübadiləsi aparıblar. Tərəflər ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini ifadə ediblər. Tərəflər, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların hazırkı vəziyyəti, o cümlədən iki ölkə nazirinin Bratislavada keçirilən görüşü ilə bağlı müzakirələr aparıblar. Daha sonra tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin