"Yeni ilə iPhone ilə" kampaniyası davam edir


Digərləri 05 Dek 2019 12:35:00 127 0

"Yeni ilə iPhone ilə" kampaniyası davam edir

"AtaBank" ASC-nin "Yeni ilə iPhone ilə" kampaniyası əmanətçiləri sevindirməyə davam edir.

AtaBank-da əmanət yerləşdirən müştərilər 12 noyabr tarixindən etibarən start götürən kampaniyadan faydalanırlar.

Kampaniya çərçivəsində əmanət yerləşdirən müştərilərə müqavilə ilə birgə hədiyyələrin siyahısı təqdim olunur və müştərilər yerləşdirdikləri məbləğə uyğun olaraq hədiyyə seçimi edirlər.

Artıq kampaniya müddəti ərzində - 107 ədəd İSMA Bike, 29 ədəd iPhone 11, 4 ədəd iPhone 11 Pro, 3 ədəd iPhone 11 Pro Max, 100-dən çox otel istirahət paketləri və digər hədiyyələr bankın əmanətçilərinə hədiyyə olunmuşdur.

Xatırlatmaq istərdik ki, "Yeni ilə iPhone ilə" kampaniyasının şərtlərinə əsasən əmanətçilər müxtəlif hədiyyələrə sahib ola bilərlər: iPhone 11, Pro və Pro Max telefonları, İSMA Bike, Gəncə Beynəlxalq Xəstəxanasında tam klinik müayinə, Excelsior Hotel Shamkir, Qalaaltı Hotel & SPA, Shamakhi Palace Sharadil, Quba Palace, Lankaran Springs & Wellness Resort,  Garabag Resort & SPA, Aura SPA otellərində istirahət  paketləri, eləcə də Uludağ/Şri-Lanka/Şarm-Əl-Şeyx/Dubay istiqamətlərinə səyahət imkanı.