Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq


Digərləri 05 Dek 2019 10:48:00 141 0

Azərbaycanda kadr ehtiyatı bankı  yaradılacaq

Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda kadr ehtiyatı bankı yaradılacaq. Trend-in məlumatına görə, bunu “Dövlət idarəçiliyində səriştə modeli: “Çətinliklər və həll yolları” mövzusunda seminarda Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, bu il intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə “Yüksəliş” müsabiqəsi təsis edilib. Hazırda bu istiqamətdə çox ciddi hazırlıq işləri aparılır.