“Joker” ilin adamı oldu


Digərləri 05 Dek 2019 10:05:00 204 0

“Joker” ilin adamı oldu

Xoakin Feniks Hollivudda heyvansevər, hər fürsətdə onların qayğısına qalan bir aktyor kimi tanınır.

Son.az ölkə.az-a istinadən bildirir ki, Hollivudun məşhur aktyoru Xoakin Feniks Amerikanın heyvanları qoruma təşkilatı PETA  tərəfindən ilin adamı seçilib.

Populyar aktyor 3 yaşında olarkən ət yeməkdən imtina etdi. O, dəfələrlə kürk üçün heyvanları öldürməyin vəhşilik olduğunu açıqlayıb. Hətta Feniks "Qladiator" filminin çəkilişləri zaman yalnız süni dəri geyinəcəyini də bildirmişdi.