Çində SİM kart alarkən sifətin məcburi skan edilməsi həyata keçirilir


Digərləri 05 Dek 2019 08:01:00 119 0

Çində SİM kart alarkən sifətin məcburi skan edilməsi həyata keçirilir

Artıq yeni SİM kart alıcılarının sifəti Çinin mobil operatorları tərəfindən skan edilir.

Son.az ictnews.az-a istinadən bildirir ki, belə bir addımın "yeni telefon abunəçilərinin öz adı ilə qeydiyyatdan keçməsinə, vətəndaşların kiberməkanda qanuni hüquq və maraqlarının etibarlı müdafiəsinin təmin edilməsinə, internet və telekommunikasiya saxtakarlığına qarşı effektiv mübarizə aparılmasına, telekommunikasiya şəbəkələri ilə bağlı yeni çağırışlara cavab verilməsinə" kömək edəcəyi təxmin edilir.

Bundan əvvəl Çində SİM kart alarkən vətəndaşlar məcburi surətdə şəxsiyyət vəsiqəsi və ya pasport təqdim etməli idilər. Dekabrın 1-dən etibarən isə sifətin məcburi skan edilməsi də bu tələblərə əlavə edilib. Bu, süni intellekt və başqa ən yeni texnologiyaların köməyi ilə SİM kart almaq istəyən insanın sifətini və sənəddəki şəkli müqayisə etmək üçün tətbiq edilib.