Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək


Digərləri 05 Dek 2019 01:34:34 125 0

Nizami Gəncəvinin türk dilində nəşr olunan “Xəmsə”sinin təqdimatı keçiriləcək

Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir.

Bakı. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin və onların əsərlərinin digər ölkələrdə tanıdılması və təbliği məqsədilə 2016-cı ildən etibarən “Azərbaycan Kitabının Dünyada Tanıdılması” layihəsi həyata keçirilir. Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, cari ildə layihə üzrə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 5 poemasından ibarət (“Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə”) “Xəmsə”sinin türk dilində nəşri başa çatdırılıb. Tanınmış elm və ədəbiyyat xadimlərinin iştirakı ilə dekabrın 6-sı, saat 12:00-da Azərbaycan Milli Kitabxanasında “Xəmsə”nin təqdimat mərasimi baş tutacaq.