Ürək xəstələri üçün təhlükəli aylar gəlir KARDİOLOQLAR


Digərləri 04 Dek 2019 23:11:00 165 0

Ürək xəstələri üçün təhlükəli aylar gəlir  KARDİOLOQLAR

Kardioloqlar xəbərdarlıq edir: qış fəslinə keçidlə əlaqədar havanın temperaturunun kəskin düşməsi ürək-damar problemləri olanların vəziyyətini dəyişə bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, qışda qan damar sistemi havaya uyğun adaptasiya olmağa çalışır, bu zaman ürək ikiqat yükə düşür və hər adamda bu proses normal keçmir. Ona görə də infarkt riski artır.

Medicina.az xəbər verir ki, ürək problemi olanların qəfil soyuğa çıxması, bədənin soyuması, qəfil soyuqdan isti yerə keçməsi onlarda ürək tutması verə bilər.

20 dəqiqədən artıq davam edən ağrı, ürək arxasında yanma, təzyiq, kürəkdə ağrı, çənəyə, boyuna, çiyinə yayılan sancı varsa, təcili kardioloqa və ya təcili yardıma müraciət edin.