Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb


Digərləri 04 Dek 2019 22:29:45 117 0

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb

Bratislavada (Slovakiya) ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb

Bakı. Ləman Zeynalova - Bratislavada (Slovakiya) ATƏT-in Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Zohrab Mnatsakanyan arasında görüş başlayıb. Trend bu barədə XİN-in “Twitter” səhifəsinə istinadən məlumat verir. ATƏT Xarici İşlər Nazirləri Şurasının Bratislavadakı 26-cı iclası çərçivəsində baş tutan görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Andjey Kasprşik də iştirak edir. Qeyd edək ki, bu gün Azərbaycanın xarici işlər nazirinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşü baş tutub. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin