Məhkəmə namus üstündə arvadının boğazını kəsən şəxslə bağlı qərar verdi


Digərləri 04 Dek 2019 20:59:00 124 0

Məhkəmə namus üstündə arvadının boğazını kəsən şəxslə bağlı qərar verdi

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən 49 yaşlı Tufan Qurbanovun apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

Qərara əsasən, T.Qurbanovun apellyasiya şikayəti təmin edilməyib. 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, doqquz il müddətinə azadlıqdan məhrum edilib. 

Hadisə bu il fevralın 11-də Bakının Binəqədi rayonu, İsfahanlı küçəsindəki şəxsi mənzillərdən birində baş verib.

Belə ki, 40 yaşlı Qurbanova Lalə Həsən qızı xüsusi amansızlıqla qətlə yetirilib.