Azərbaycanda hotellərin sayı kifayət qədər deyil


Digərləri 04 Dek 2019 19:09:00 149 0

Azərbaycanda hotellərin sayı kifayət qədər deyil

"Azərbaycanda hotellərin sayı kifayət qədər deyil. Yaxın illərdə ölkəyə gələn turistlərin sayı artacaq. Buna görə də hotellərin sayı çox olmalıdır".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının 2-ci Baş Assambleyasınında çıxış edən Assosiasiyanın prezidenti Martin Kleinmann bildirib.

Onun sözlərinə görə, Bakıda 4 və 5 ulduzlu hotellərin sayı Azərbaycanın digər bölgələri ilə müqayisədə daha çoxdur.

M.Kleinmann hesab edir ki, turistlərin öz büdcələrinə uyğun mehmanxanalara yerləşə bilməsi üçün bu sahəni tənzimləmək vacibdir.

M.Kleinmann Azərbaycan hökumətinin regionların inkişafına, onların infrastrukturunun qurulmasına böyük dəstək göstərdiyini söyləyib.