Azərbaycan Ordusunun zabiti vəfat edib


Digərləri 04 Dek 2019 18:57:00 137 0

Azərbaycan Ordusunun zabiti vəfat edib

Azərbaycan Ordusunun zabiti vəfat edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Son.az-a bildiriblər ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib.

Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyə edilərkən o, yolda keçinib.

Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.