"Evimdə kombi işləmir, soyuqlamışam"


Şou-biznes 04 Dek 2019 18:29:00 178 0

"Evimdə kombi işləmir, soyuqlamışam"

Görkəmli sənətkar, kino aktyoru, Azərbaycanın xalq artisti Rasim Balayevin səhhətində problemlər yaranıb.

Son.az sonxeber.az-a istinadən xəbər verir ki, aktyor dünəndən etibarən səhhətində yaranan problemlə əlaqəli ev şəraitində müalicə alır. Kinoaktyor səhhətindəki problemin soyuqlama səbəbindən yarandığını vurğulayıb:

"Kombi yanmadı, otaqlar soyuq olduğu üçün sağlamlığımda problem yarandı. Soyuqlamışam, bir az qızdırmam var. Bu problemi aradan qaldırmaq üçün mürəbbəli çay içirəm".