Nazir suya qənaətdən danışdı: Su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır


Digərləri 04 Dek 2019 18:23:00 146 0

Nazir suya qənaətdən danışdı: Su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır

Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var.

Bakı. İlhamə İsabalyeva - Suya qənaət olunmalıdır, çünki bir çox ölkələrdə olduğu kimi, bizdə də bu sahədə çətinliklər var. Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin 6-cı iclasında deyib. Nazir bildirib ki, Azərbaycanın su ehtiyatları region ölkələri ilə müqayisədə nisbətən azdır və suyun 70%-i sərhədlərdən kənarda formalaşır: "Son zamanlar respublikanın əksər çaylarında, o cümlədən iri tranzit çaylarda sululuq normadan aşağıdır. İqlim dəyişikliyi nəticəsində su resurslarımız 15% azalıb və bu prosesin davam edəcəyi proqnozlaşdırılır.