Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək


Digərləri 04 Dek 2019 17:54:00 127 0

Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq, Bakıda tətbiq ediləcək. G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək: "Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq".

G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkın oraya gizli müştərilər göndəriləcək.

Hazırda bununla bağlı iş aparıldığını deyən G.Sağlam bildirib ki, gizli müştərilər 4 və 5 ulduzlu hotellərə göndəriləcək. Üç ulduzlu hotellərə isə gizli müştərilər göndərilməyəcək:Təsnifatlaşdırma nı keçirmədən əvvəl hotellərə gizli müştərilər göndərəcəyik. Bu, ilk dəfə Azərbaycanda tətbiq ediləcək. Beynəlxalq praktikada belə məsələ, yəni ikili yoxlama yoxdur. Bunu ona görə edirik ki, hotellərə auditor göndərilən zaman onlar orada hər şeyi gözəl şəkildə təqdim edə bilərlər. Amma biz elə etməliyik ki, gözümüzdən heç nə qaçmasın və real vəziyyəti görək ".