Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər


Digərləri 04 Dek 2019 15:53:00 136 0

Assosiasiya: Azərbaycandakı hotellər ulduzu öz rəyləri əsasında təyin edirlər

Hazırda Azərbaycandakı hotellər özlərinə ulduzu öz rəyləri əsasında təyin edirlər. Buna görə də bəzi qonaqlar şikayət edirlər ki, hotel üçün ödədikləri pula uyğun xidmət ala bilməyiblər.

Bakı. İlhamə İsabalayeva - Hazırda Azərbaycandakı hotellər özlərinə ulduzu öz rəyləri əsasında təyin edirlər. Buna görə də bəzi qonaqlar şikayət edirlər ki, hotel üçün ödədikləri pula uyğun xidmət ala bilməyiblər. Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının prezidenti Martin Kleinmann Assosiasiyanın II Baş Assambleyasında çıxışı zamanı bildirib. Onun sözlərinə görə, artıq hotellərə ulduzların mərkəzləşdirilmiş qaydada verilməsi lazımdır: "Əcnəbilər 4-5 ulduzlu otel üçün ona görə pul ödəyirlər ki, buraya gələndə ona uyğun xidmət ala bilsinlər. Amma ödədikləri pulla servisin keyfiyyəti uyğun gəlmir. Ona görə də biz bu işi mərkəzləşdirilmiş qaydada həyata keçirmək istəyirik ki, hotellər öz ulduzlarına uyğun servis təqdim etsinlər".