Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib


Digərləri 04 Dek 2019 15:34:00 103 0

Nazirlər Kabineti Aparatının şöbələrinə yeni rəhbərlər təyin edilib

Nazirlər Kabineti (NK) Aparatının şöbələrinə yeni müdir təyin edilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, Azər Əmiraslanov Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri vəzifəsinə təyinat alıb.

Mehman Tağıyev isə Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

NK-nın mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov məlumatı təsdiqləyib.