“Atəş” əmri verən mayora 3343 il həbs cəzası verilib


Dünya 04 Dek 2019 15:27:00 150 0

“Atəş” əmri verən mayora 3343 il həbs cəzası verilib

Çevriliş cəhdi gecəsi "15 iyul şəhidlər körpüsü"ndə əsgərlərə "nişan al" və "atəş" əmrlərini verən mayor Əhməd Taştana 35 dəfə ağırlaşdırılmış ömürlük və 3343 il həbs cəzası verilib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, qərar İstanbulun 25-ci Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilib.

Əhməd Taştan "konstitusion nizamı aradan qaldırmağa cəhd" və "qəsdəm adam öldürmə" maddələri ilə 35 dəfə ağırlaşdırılmış ömürlük həbs və "cinayəti gizlətmək, sübutları aradan qaldırmaq və ya cinayət törədilməsini asanlaşdırmaq və ya yaxalanmamaq məqsədilə qəsdən adam öldürməyə təşəbbüs", "şəxsi azadlıqdan məhrum etmə", "qəsdən yaralama" və "mülkiyyətə ziyan vurma" ittihamları ilə 3343 il həbs cəzasına məhkum edilib.