Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək


Digərləri 04 Dek 2019 15:18:55 127 0

Azərbaycandakı 4 və 5 ulduzlu hotellərə gizli müştərilər göndəriləcək

Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq.

Bakı. İlhamə İsabalayeva - Gələn ilin ikinci rübündən - aprel ayından Azərbaycanda hotellərin təsnifatlaşdırılmasına başlanacaq. Trend-in məlumatına görə, bunu Azərbaycan Hotel Assosiasiyasının Baş icraçı direktoru Günay Sağlam Azərbaycan Hotel Assosiasiyasının II Baş Assambleyasında çıxışı zamanı deyib. Onun sözlərinə görə, təsnifatlaşdırma ilk olaraq, Bakıda tətbiq ediləcək. G.Sağlam qeyd edib ki, hotellərin təsnifatlaşdırılması yeni formada aparılacaq, bu prosesdə yeni kriteriyalar tətbiq ediləcək: "Əslində, hotel özünə güvənirsə, bu prosedurdan keçərək ulduz almaq elə də çətin olmayacaq". G.Sağlam əlavə edib ki, hotellər təsnifatlaşdırılarkın oraya gizli müştərilər göndəriləcək.