"Aparıcı özünə sual verməlidir ki, “Ailəm buna baxar?"


Digərləri 04 Dek 2019 15:05:00 112 0

"Aparıcı özünə sual verməlidir ki, “Ailəm buna baxar?"

3D" verilişinin növbəti qonağı "Avtostop" verilişinin aparıcısı dicey Tural olub.

Son.az ölkə.az-a istinadən bildirir ki, proqramda bəzi məqamlara toxunan aparıcı diqqət cəlb edən fikirlər səsləndirib.

Dadaşlinskinin müasir televiziyaların vəziyyəti ilə bağlı verdiyi sualına dicey maraqlı cavab verib.

"Layihə edərkən aparıcı mütləq birinci özünə sual verməlidir. "Mən özüm buna baxaram və ya ailəm buna baxar?" sonra yeni verilişə qərar verməlidir. Mən ailəmə layiq olan məhsulu göstərməliyəm ki, ailəm mənə görə utanmasın. Mən Zaur Kamal, Zaur Bəxşəliyev və ya Xoşqədəm xanımı istedadsız hesab etmirəm. Amma hesab edirəm ki, onlar daha yaxşı, maraqlı verilişlər edə bilərlər. Məsələn, Xoşqədəm sənədli filmlər üzərində çalışa bilər".

Dadaşlinsinin "Sənədli filmlərdən axı elə gəlir gəlməyəcək" sualına isə o, belə cavab verib. "Bəli, bizdə televiziyalar ayrı bir formada qurulub. Özəl televiziyalar reklamdan asılı olduqlarına görə, hesab edirlər ki, ondansa biz bir nəfərə deyərik ki, hansısa verilişi et, bizə də bu qədər məbləğ ver, studiyaya da nə qədər adam bacarırsansa yığ prinsipi ilə çalışırlar".