Qoşqar Təhməzli: Bu il kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 7,2 faiz artıb


Digərləri 04 Dek 2019 14:05:00 150 0

Qoşqar Təhməzli: Bu il kənd təsərrüfatı məhsullarının ümumi istehsalı 7,2 faiz artıb

Özəl sektorun inkişafı Azərbaycanın iqtisadi siyasətinin aparıcı vektorudur və iqtisadi islahatların davam etməsi üçün qida təhlükəsizliyi sahəsini də inkişaf etdirmək lazımdır

Bakı. Nərgiz İsmayılova - Özəl sektorun inkişafı Azərbaycanın iqtisadi siyasətinin aparıcı vektorudur və iqtisadi islahatların davam etməsi üçün qida təhlükəsizliyi sahəsini də inkişaf etdirmək lazımdır. Trend-in məlumatına görə, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzli İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) kənd təsərrüfatı nazirlərinin Bakıda keçirilən iclasında deyib. Onun sözlərinə görə, son illər ərzində kənd təsərrüfatında islahatlar sayəsində qida məhsullarının istehsalı sektoru artıb ki, bu da qida istehsalının təhlükəsizlyinin təmin olunmasını aktuallaşdırır.