Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb


Digərləri 04 Dek 2019 14:08:00 105 0

Milli Məclis qanunvericilik fəaliyyətini dayandırıb

Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq.

Bakı. Elçin Mehdiyev – Milli Məclis fəaliyyətini davam etdirsə də, qanun və qərar qəbul etmək üçün yeni seçkilərə qədər yığışmayacaq. Trend-in məlumatına görə, bunu Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev bildirib. S. Mirzəyev deyib ki, Konstitusiya Məhkəməsinin qərarına qədər deputatların xarici səfərləri müvəqqəti dayandırılmışdı: “Artıq Konstitusiya Məhkəməsinin qərarı var. Bu yaxınlarda Avropa Şurasının və digər beynəlxalq təşkilatların yığıncaqları olacaq, həmin iclaslara Milli Məclisin üzvləri gedəcək. Dekabrın 18-də Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyasının iclası keçiriləcək. Sadəcə, parlamentin qanun və qərar qəbul etməklə əlaqədar plenar iclasları keçirilməyəcək. Yeni qanunları 6-cı çağırış parlament qəbul edəcək”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin