Şevçenko ilin məşqçisi seçildi


Digərləri 04 Dek 2019 13:43:00 107 0

Şevçenko ilin məşqçisi seçildi

Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib.

Bakı. Ukrayna millisinin baş məşqçisi Andrey Şevçenko ölkəsində 2019-cu ilin ən yaxşı məşqçisi seçilib. Trend-in məlumatına görə, Ukraynanın əfsanəvi futbolçusu 2016-cı ildən çalışdırdığı yığmanı Avro-2020-nin final mərhələsinə çıxarıb. Qeyd edək ki, Ukrayna millisi seçmə mərhələni qrup lideri kimi tamamlayıb. Yığma tarixlərində ilk dəfə ili məğlub olmadan başa vurub. İlin ən yaxşı qapıçısı "Şaxtyor" və millinin qolkiperi Andrey Pyatov olub. "Mançester Siti"nin yarımmüdafiəçisi Aleksandr Zinçenko isə Ukraynanın xaricdə çıxış edən ən yaxşı futbolçusu adına layiq görülüb.