2021ci ildə smartfonlara alternativ təqdim ediləcək


Digərləri 04 Dek 2019 12:03:00 116 0

2021ci ildə smartfonlara alternativ təqdim ediləcək

Uzun müddət istifadəçilər arasında populyar olan smartfonlar mobil bazardakı mövqeyini tezliklə tərk etməyə hazırlaşmır.

Son.az "ICTnews"a istinadən xəbər verir ki, "Qualcomm" şirkətinin prezidenti Kristiano Amon isə başqa fikirdədir. O deyib ki, 2 il sonra artıq digər qabaqcıl qurğular təqdim ediləcək.

Onun sözlərinə görə, görünüşü ilə adi eynəklərdən seçilməyən "ağıllı" eynəklərin geniş istifadəsinə 2 il qalır. Perspektivdə "sosial təcrübəni dəyişdirəcək gələcəyin qurğuları" insanların identifikasiyası, bulud xidmətlərinə qoşulmaqda və sosial şəbəkələrdə axtarış üçün istifadə etmək mümkün olacaq. Belə qurğular, həmçinin video konfranslarda iştirak üçün də əlverişlidir: zəng edən şəxsin avatarı istifadəçinin gözü qarşısında nümayiş etdiriləcək.