Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”


Dünya 04 Dek 2019 12:10:26 147 0

Həsən Ruhani: “ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”

“ABŞ rəsmiləri danışıqlar üçün ismarıc göndərib”.

“ABŞ rəsmiləri danışıqlar üçün bizə ismarıc göndəriblər”.

“Report” “Fars” agentliyinə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildlrib.

“ABŞ rəsmiləri sanksiyalarla öz aləmlərində bizi diz çökdürməyə çalışırdı”, - deyə İran prezidenti vurğulayıb. Onun sözlərinə görə, ABŞ və bir çox ölkələr İranın bu sanksiyalar nəticəsində təslim olacağını düşünürmüş, ancaq bu baş verməyib.

“ABŞ-ın məsul şəxsləri müzakirə üçün ismarıc göndərdikləri halda ictimaiyyət qarşısında başqa cür danışırlar. Bunu müzakirələrlə bağlı danışıqların aparılmasında vasitəçilik edən avropalılar da bilir”, -deyə H.Ruhani qeyd edib.

Xatırladaq ki, bu günlərdə İsrailin baş naziri Binyamin NetanyahuAvropa İttifaqının İrana qarşı sanksiya tətbiq etməməkdə qınayıb.