Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?


Digərləri 03 Dek 2019 23:52:00 120 0

Baş Nazirin Katibliyinin yeni rəisi kimdir?

Dekabrın 3-də Baş Nazir Əli Əsədovun sərəncamı ilə Ələsgər Ələsgərov Baş Nazirin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ə.Ələsgərov 2019-cu il oktyabrın 22-dən Baş Nazirin köməkçisi vəzifəsində çalışırdı.

O, 2005-2009-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər, 2010-2014-cü illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq, 2016-2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçiliyi Akademiyasında Dövlət Qulluğunun Təşkili və İdarəedilməsi ixtisasları üzrə təhsil alıb.