Bu qidaları ac qarına yeməyin


Digərləri 03 Dek 2019 23:05:00 104 0

Bu qidaları ac qarına yeməyin

Bəzən səhər yuxudan oyananda düşünmədən əlimizə keçəni yeyirik. Lakin bəzi ərzaqların ac qarına yeyilməsi çox təhlükəli ola bilər. Bunlar hansı məhsullardır?

Son.az medicina.az-a istinadən bildirir ki, səhər tezdən soyuducunu açarkən aşağıdakı ərzaqlarla diqqətli olun:

Şirin mayalı bulkalar Ac qarnına yeyilən hər hansı bir şirniyyat qanda insulinin kəskin azalmasına səbəb olur. Bundan başqa zəifliyə və iştahın azalamsına da gətirib çıxarır. Bu cür səhər yeməyinə vərdiş edilmiş orqanizmdə diabetik hallar daha çox olur. Maya çörəyinin də ziyanı az deyil.

Moruq Çiyələk, moruq və başqa bu kimi yay giləmeyvələri kifayət qədər turşu maddələri ilə zəngin olduğuna görə mədədə qıcıqlanma yarada bilər. Bəs, daha düzgün necə yeməli? Əgər bu meyvələri səhər yemək istəyirsinizsə, onda, yaxşı olar ki, bir qədər yulaf əlavə edəsiz. Ya da kəsmik ilə birgə nahar yeməyində yeyin. Tox qarnına isə adi meyvələri olduğu kimi, bunları da qida qəbulundan 2 saat sonra yemək olar.

Hisə verilmiş kolbasa və konservləşdirilmiş balıq Hisə verilmiş kolbasada olan çoxlu duz və konservantlar qaraciyəri zədələyir. Konservləşdirilmiş balığın isə tərkibində qistamin olmasından orqanizmdə iltihabın və alergiyanın yaranmasına səbəb ola bilər. Kolbasa sevərlər, əgər siz sedviç sevirsinizsə, yaxşı olar ki, qaynadılmış yağsız mal əti və ya toyuqdan istifadə edəsiniz. Belə daha faydalı olar.

Armud və xurma Bu dadlı meyvələr boş mədəni qıcıqlandıracaq liflərdən ibarətdir. Bu da mədədə şişkinliyin yaranmasına səbəb ola bilər. Odur ki, onları gündüz, qəlyanaltı kimi yemək daha yaxşıdır. Yanında qatıq, bir dilim pendir, bir neçə qoz-fındıq olması mütləqdir.