Bakıda evdən 2500 manatlıq qızılzinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb
Digərləri 03 Dek 2019 21:56:00 157 0
Bakıda evdən 2500 manatlıq qızıl-zinət və məişət əşyaları oğurlayan şəxs saxlanılıb.
Son.az Trend-ə istinadən bildirir ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 26-da rayon ərazisindəki evlərin birindən 2500 manat dəyərində qızıl-zinət və məişət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Xankərəmov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: milli.az