Azərbaycanda yaşı 30a qədər olan cəmi 325 alim var


Digərləri 03 Dek 2019 21:57:00 125 0

Azərbaycanda yaşı 30a qədər olan cəmi 325 alim var

Azərbaycanda yaşı 30-a qədər olan cəmi 325 alim var, onların arasında yalnız 30 nəfəri elmlər doktoru ola bilib.

Son.az Trend-ə istinadən bildirir ki, 30 yaşa qədər elmlər doktoru ola bilənlərin 26-sı kişi, 4-ü qadındır.

Ölkədəki elmlər doktoru dərəcəsi olan 1 414 alimin əksəriyyətinin yaşı 60-dan yuxarıdır.

Elmlər doktoru dərəcəsi olanların 450-sinin 60-69 yaşı, 446-sının 70 və daha çox yaşı var.

Respublika üzrə emlər doktoru dərəcəsi olan alimlərin 46-sının yaşı 30-39, 130-unun yaşı 40-49, 312-sinin yaşı 50-59-dur.

Ölkədə elmlər doktoru dərəcəsi olan alimlərin 1 117-si kişi, 297-si qadındır.

Azərbaycandakı 6 064 fəlsəfə doktorunun 3 126-sı kişi, 2 938-i qadındır. Fəlsəfə doktorlarının çoxu 40-49 yaşlıdır.

Azərbaycanda fəlsəfə doktorunun 295-inin yaşı 30-a qədər, 980-nin yaşı 30-39, 1 428-inin yaşı 40-49, 1 343-ünün yaşı 60-69, 743-ünün yaşı 70 və daha çoxdur.