Azərbaycanda 18 yaşadək nikah bağlayan qızların sayı artıb


Digərləri 03 Dek 2019 19:47:00 125 0

Azərbaycanda 18 yaşadək nikah bağlayan qızların sayı artıb

Azərbaycanda son iki il ərzində 18 yaşadək rəsmi nikah bağlayan qızların sayının yenidən artması tendensiyası müşahidə edilir.

Son.az Trend-ə istinadən bildirir ki, 2016-cı ildə Azərbaycanda nikahları rəsmi qeydə alınmış 18 yaşadək qızların sayı 3121, 2017-ci ildə 317, 2018-ci ildə 338 olub.

Son illər ərzində yaşı 18-dək olan oğlanların rəsmi nikah bağlanması halı az olsa da, ötən il ilk dəfə olaraq, bu yaşda olan heç bir oğlan rəsmi nikaha daxil olmayıb.

Qeyd edək ki, 2017-ci ildə nikahları rəsmi qeydə alınmış oğlanların sayı 1 nəfər, 2016-cı ildə 3 nəfər olub.

Nikahları rəsmi qeydə alınmış 18 yaşadək qızların sayı daha çox 2008-ci ildə olub. Həmin ildə 5544 nikaha daxil olmuş qızın yaşı 18-dək olub. Yaşı 18-dək evlənən oğlanların sayının ən çox qeydə alındığı il isə 50 nəfər olmaqla, 2006-cı ildə olub.