"BMW" də avtomobilləri geri çağırdı


Digərləri 03 Dek 2019 19:00:00 153 0

"BMW" də avtomobilləri geri çağırdı

"BMW" şirkəti Rusiyada 4,1 mindən çox avtomobili geri çağırıb.

Son.az Trend-ə istinadən bildirir ki, qərar təhlükəsizlik yastıqlarında mümkün qüsurlarla əlaqədardır.

Bildirilir ki, bu qüsurla bağlı təhlükəsizlik yastığının generatorunda yüksək qaz təzyiqi yarana, bu isə partlayışa səbəb ola bilər.

Qeyd edək ki, 2000-ci il fevral ayından 2012-ci ilin mayınadək Rusiyada satılmış E46 və E39 modellərinə şamil olunur.