Məktəblər bağlanacaq, ictimai nəqliyyat, xəstəxanalar işləməyəcək


Dünya 03 Dek 2019 17:55:00 125 0

Məktəblər bağlanacaq, ictimai nəqliyyat, xəstəxanalar işləməyəcək

Fransa tarixinin ən böyük tətilinə hazırlaşır.

Son.az publika.az-a istinadən xəbər verir ki, 5 dekabrda təşkil ediləcək tətilə ictimai nəqliyyatdan təhsilə, səhiyyədən ictimai xidmətlərə qədər bir çox sektor qatılacaq.

Hökumətin tətbiq etməyi planlaşdırdığı təqaüd islahatına qarşı təşkil ediləcək tətilin ölkəni uzun müddət fövqəladə vəziyyətdə saxlamasına gətirib çıxaracağından qorxulur.

Baş nazir Eduard Filip aksiya və tətil etmək azadlığının xalqın təməl haqqı olduğunu bildirib. Lakin çalışmaq istəyən çox sayda fransız olduğunu da vurğulamağı unutmayıb.