Ermənilər azərbaycanlı jurnalistə hücum etdilər


Digərləri 03 Dek 2019 16:56:00 105 0

Ermənilər azərbaycanlı jurnalistə hücum etdilər

Rusiya Federasiyasının Krasnodar vilayətinin Armavir şəhərinə ezam olunmuş Azərbaycan televiziyasının jurnalisti Zakir Musayev və operatoru Səfər Səfərov ermənilərin hücumuna məruz qalıblar.

Son.az konkret.az-a istinadən xəbər verir ki, jurnalistlər Armavir şəhərində Erməni Apostol Kilsəsinin həyətində Qaregin Njdenin xatirə lövhəsinin söküldüyü yerdən reportaj hazırlamaq istəyirlərmiş. Amma kilsənin qulluqçuları jurnalistlərə qarşı güc tətbiq ediblər.

Hazırda jurnalistlər yerli xəstəxanada müayinə olduqdan sonra polisə müraciət etməyə yollanıblar.