“Allaha inanmıram”


Şou-biznes 03 Dek 2019 16:15:00 142 0

“Allaha inanmıram”

Yeni dalğa" festivlaında olanda bizə, "açıq geyinin" deyəndə əsəbiləşirdik. Ancaq getdikcə, başa düşdüm ki, qadın olmaq mənim xoşuma gəlir və qadın olmağın üstünlüklərindən istifadə etməyə başladım. Geyindiklərim açıq-saçıq yox, orta-açıq sayılır.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Dilarə Kazımova Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz" proqramında deyib.

Sənətçi atasının ölümündən sonra Allaha olan inamını itirdiyini söyləyib:

"Atam dünyasını dəyişəndən sonra Allahdan küsdüm. Nənəm Allaha çox inanırdı. Mən də 12 yaşımda namaz qılmaq istəyirdim. Daha sonra ailəmizdə bu faciə baş verdi. Allaha sual verdim ki, niyə? Axı, mən səni çox istəyirəm. Hər şey düzgündür, yolundadır. Atamın 42 yaşı var idi. İçimdə nəsə sındı. Fikirləşdim ki, daha Allaha inanmaq istəmirəm. Ona inandım, sevgimi verdim. Amma o mənə belə bir faciə yaşatdı. Atamı aldı. Onunla çox yaxın idim".

D.Kazımova eks-həyat yoldaşı Mert Aslanla olan evliliyi barədə də danışıb: