TANAP “World Leader” və “Green World Ambassador” mükafatlarına layiq görülüb


Digərləri 03 Dek 2019 15:35:00 104 0

TANAP “World Leader” və “Green World Ambassador” mükafatlarına layiq görülüb

Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi nüfuzlu mükafata layiq görülüb.

Bakı. Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi nüfuzlu mükafata layiq görülüb. Trend-in məlumatına görə, TANAP ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan “The Green Organisation” tərəfindən “Dünya lideri” və “Yaşıl dünya səfiri” mükafatlarına layiq görülüb. Mükafatlar Birləşmiş Krallıqda keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim edilib. Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.