Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb


Digərləri 03 Dek 2019 13:44:00 138 0

Zəhərlənən beş tələbə xəstəxanadan evə yola salınıb

Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar.

Bakı. Ceyhun Ələkbərov - Qazaxda zəhərlənən tələbələr xəstəxanadan evə yola salınıblar. Bu barədəTrend-ə Qazax Müalicə Diaqnostika Mərkəzindən bildiriblər. Qeyd olunub ki, xəstəxanaya çatdırılan tələbələrin vəziyyəti elə də ciddi olmayıb. Həkimlərin ilkin tibbi yardımından sonra onlar ambulator müalicəyə yola salınıblar. Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecininin 5 tələbəsi 19 yaşlı Əfsanə Səfərəli, Güləndam Həsənova, Xavər Məmmədova, Arzu Əlizadə, Mahizər Süleymanova zəhərlənmə diaqnozu ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Onların tüstüdən zəhərləndiyi ehtimal olunur.