Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi


Digərləri 03 Dek 2019 13:25:19 144 0

Rektor zəhərlənən tələbələrlə bağlı açıqlama verdi

Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsinin zəhərlənməsinin onlara universitet tərəfindən verilən ödənişsiz "yemək" kartı, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur.

Bakı. İlhamə İsabalayeva - Noyabrın 21-də Bakı Dövlət Universitetinin (BDU) 3 tələbəsinin zəhərlənməsinin onlara universitet tərəfindən verilən ödənişsiz "yemək" kartı, eləcə də universitetin yeməkxanası ilə heç bir əlaqəsi yoxdur. Trend-in məlumatına görə, bunu Universitetin rektoru Elçin Babayev deyib. O, zəhərlənmənin tələbələrin həmin kartla universitetin yataqxanasından aldığı yeməyin qəbulu nəticəsində baş verdiyini inkar edib: "Birmənalı olaraq, bunu inkar edirəm. İstintaq nəticəsində hər şey aydın olacaq. Mən özüm də universitetin yeməkxanasında yemək yeyirəm. Hər şey yüksək səviyyədədir, yataqxananın məhsulları da keyfiyyətlidir. Bunları biri-biri ilə əlaqələndirmək qərəzlidir".