Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi mərhələlərlə həll olunmalıdır"


Digərləri 03 Dek 2019 13:17:40 130 0

Elmar Məmmədyarov: "Dağlıq Qarabağ münaqişəsi mərhələlərlə həll olunmalıdır"

"Əlbəttə ki, ordu kazarmalara qayıtmalıdır"

"Biz beynəlxalq məsələləri, eləcə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etdik".

"Report" xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrov ilə Bakıdakı görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ nizamlanması məsələsi həm Bakı ilə Moskva arasındakı ikitərəfli münasibətlər çərçivəsində, həm də Rusiya ATƏT-in Minsk qrupunun həmsədri olduğuna görə çoxtərəfli münasibətlər çərçivəsində böyük və ciddi mövzudur.

"Münaqişənin həllinə mərhələli yanaşma ən düzgün addımdır. Əlbəttə ki, ordu kazarmalara qayıtmalıdır", - nazir deyib.