Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə ziyan dəydi


Digərləri 03 Dek 2019 12:24:00 108 0

Bakıda külək 8 ağacı aşırdı - İki avtomobilə ziyan dəydi

Gecə Bakıda əsən güclü külək bir sıra fəsadlar törədib

Bakı. Ceyhun Ələkbərov - Bakıda gecə saatlarında əsən güclü külək bir sıra fəsadlar törədib. Bu barədə Trend-ə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov bildirib. Onun sözlərinə görə, güclü külək əsasən Yasamal və Səbail rayonlarında müşahidə olunub: "Ötən gün axşam saatlarından başlayan külək şəhərin bəzi yerlərində fəsadlar törədib. Güclü külək Yasamal və Səbaildə təsirsiz ötüşməyib. Nəticədə 8 ağac aşıb, bir çoxunun budaqları qırılıb və 2 avtomobilə ziyan dəyib".