Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği son oxunuşda təsdiq olundu


Digərləri 03 Dek 2019 12:10:00 172 0

Azərbaycanda icbari tibbi sığorta haqlarının məbləği son oxunuşda təsdiq olundu

Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Bakı. Elçin Mehdiyev – Azərbaycanda icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı "Tibbi sığorta haqqında" qanuna dəyişikliklər Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Trend-in məlumatına görə, qanun layihəsinə təklif edilən dəyişikliyə əsasən, icbari tibbi sığorta haqları aşağıdakı kimidir: neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 2020-ci ildə hesablanmış əməyin ödənişi fondunun 1 faizi, 2021-ci ildən etibarən hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2020-ci ildə 1 faizi, 2021-ci ildən etibarən isə 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortalı tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, hesablanmış əməyin ödənişi fondunun 2 faizi; Neft-qaz sahəsində fəaliyyəti olan və dövlət sektoruna aid edilən sığortaolunan tərəfindən - işçinin əməkhaqqının 8000 manatdan yuxarı olan hissəsinə 0,5 faiz tətbiq edilməklə, 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi; Bu Qanunun 15-2.5-ci maddəsində nəzərdə tutulmuş sığortalı tərəfindən - bu Qanunun 15-2.3-cü maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə təqvim ili üçün adambaşına 90 manat;