Bakıda yaşayış kompleksində faciə:


Digərləri 03 Dek 2019 10:30:00 120 0

Bakıda yaşayış kompleksində faciə:

Bakıda yaşayış kompleksində ölüm hadisəsi baş verib.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Bakı şəhər sakini Qurbanov Canpolad Xəlil oğlu gözətçi işlədiyi Binəqədi rayonu, Naxçıvani küçəsində yerləşən "Abşeron Construction" inşaat şirkətinə məxsus "Naxçıvan Residence" yaşayış kompleksinin binasında lift şaxtasına düşərək ölüb.

Faktla bağlı cinayət işi başlayıb.