SOCAR-a yeni vitse-prezident təyin edilib


Digərləri 03 Dek 2019 10:02:00 116 0

SOCAR-a yeni vitse-prezident təyin edilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub.

Bakı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (SOCAR) yeni vitse-prezident təyin olunub. Trend-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, “Azneft” İstehsalat Birliyinin Baş direktoru Daşqın İskəndərov SOCAR-ın neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidenti təyin olunub. “Azneft” İstehsalat Birliyinin Baş direktoru vəzifəsinə hələ təyinat olmayıb.