Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı


Digərləri 03 Dek 2019 08:35:00 119 0

Oskar almağa ən çox şansı olan filmin adı açıqlandı

Əyləncə sahəsində proqnozları ilə tanınan "Gold Derby" saytının analitikləri "Oskar" almağa daha çox şansı olan filmlərin, həmçinin, rejissor və baş rol aktyorlarının adını açıqlayıb.

Son.az chip.az-a istinadən bildirir ki, ekspertlərin fikrincə "İlin ən yaxşı filmi" nominasiyasında noyabrın 27-də "Netflix"də çıxacaq Martin Skorsezenin "İrlandiyalı" kriminal dramının şansı böyükdür.

Siyahıda ikinci yerdə Kventin Tarantinonun "Bir dəfə... Hollivudda" filmi, üçüncü yerdə isə Skarlet Yohanson və Adam Drayverin baş rollarını paylaşdıqları "Toy hadisəsi" filmi gəlir.

Todd Fillipsin "Coker"i siyahının 10-cu yerində qərarlaşıb.

"Ən yaxşı rejissor" nominasiyasında, analitiklər  Martin Skorsezenin qalib ola biləcəyini düşünürlər. Bundan qismən az şans Kventin Tarantino və bu il "Parazitlər" dramını təqdim edən Pon Çjun Xonundur .