TANAP çiçəklənmə və sülhə yönəlmiş nəhəng layihədir (ÖZƏL)


Digərləri 02 Dek 2019 20:58:49 125 0

TANAP çiçəklənmə və sülhə yönəlmiş nəhəng layihədir (ÖZƏL)

Trans-Anadolu qaz kəməri (TANAP) təkcə qardaş Azərbaycanla Türkiyənin deyil, həm bütün regionun çiçəklənməsinə və sülhə yönələn nəhəng layihədir

Bakı. Rufiz Hafizoğlu - Trans-Anadolu qaz kəməri (TANAP) təkcə qardaş Azərbaycanla Türkiyənin deyil, həm bütün regionun çiçəklənməsinə və sülhə yönələn nəhəng layihədir. Bunu Trend-ə Türkiyə Prezidentinin müşaviri Yalçın Topçu deyib. O qeyd edib ki, TANAP Türkiyə ilə Azərbaycan arasında qardaşlıq münasibətlərinin bariz nümunəsidir: “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir, TANAP və digər layihələrin reallaşdırılması ilə biz bunu bir daha təsdiq etdik. Türkiyə və Azərbaycan hər zaman qardaş ölkə olacaq”. Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.